Sərxoş polis qəza törətdi: 2 ölü, 2 yaralı

Rusiyanın Krasnodar diyarının polisi avtomobil qəzasına səbəbkar olmaqda şübhəli bilinir. 

Autoinfo.az xəbər verir ki, hadisə nəticəsində 2 kişi ölüb, 1 qadın və uşaq xəsarət alıb. Üstəlik, polis qəza vaxtı içkili vəziyyətdə olub. 

Asayiş keşikçiləri "Opel" markalı avtomobillə sürət həddini aşaraq, hərəkətdə olduqları vaxt yolların kəsişməsində "Lada Samara"ya çırpılıb. Nəticədə "Lada Samara"nın sürücüsü və kişi sərnişini ölüb, 34 yaşlı qadın və 5 yaşlı oğlu xəstəxanaya çatdırılıb. 

25 yaşlı polisi 15 ilədək azadlıqdan məhrumetmə gözləyir. 

RƏY BİLDİRİN