Təyyarədən sonra daha bir qəzadan sağ çıxdı

2016-cı ildə Braziliyanın "Şapekoense" klubunun qəzaya uğramasından sonra sağ qalan iki ekipaj üzvündən biri Ervin Tumiri növbəti dəfə qəzaya düşüb.

Autoinfo.az xəbər verir ki, Tumiri Boliviyada Koçabambadan Santa-Krusa gedən müntəzəm avtobusda yer alıb.

Avtobus İvirqarsama yaxınlığında 150 metrlik uçuruma aşıb və 21 nəfər dünyasını dəyişib. Tumiri bu hadisədən yüngül xəsarətlərlə xilas olub. Ailəsinin verdiyi məlumata əsasən, o, yalnız dizindən xəsarat alıb və belində bəzi cızıqlar var. Tumirinin durumunun yaxşı olduğu bildirilib.

Qeyd edək ki, 2016-cı ildə "Şapekoense" üzvlərinin yer aldığı təyyarə qəzasında 71 nəfər vəfat edib. Ervin Tumiri həmin vaxt əlindən və çənəsindən xəsarət alıb. O, bir neçə günü xəstəxanada keçirib.

RƏY BİLDİRİN