BNA işçiləri avtomobildə yanğının qarşısını aldı - VİDEO

“Fevralın 12-də Bakının Babək və Heydər Əliyev prospeklərtinin kəsişməsində, minik avtomobilində yanğın olub. Həmin vaxt ərazidə xidmət aparan əməkdaşlarımız ətrafdakıların köməyi ilə yanğının qarşısını alıb”.

Autoinfo.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, xidməti avtomobildə olan yanğın söndürən vasitə ilə müdaxilə edən agentlik əməkdaşları avtomobilin alovlanmasına imkan verməyiblər.

RƏY BİLDİRİN