Səfirimizi avtomobil vurdu

“Formula 1”in ikiqat çempionu, ispaniyalı Fernando Alonsonu avtomobil vurub.

Autoinfo.az "La Gazzetta dello Sport" a istinadən xəbər verir ki, hadisə İsveçrənin Luqano şəhəri yaxınlığında velosiped təlimi zamanı baş verib. 39 yaşlı ispaniyalı xəstəxanaya aparılıb. Alonso “Formula 1” mövsümünün başlanğıcında iştirak etməyə bilər.

“Alpine” komandasında bildiriblər ki, Alonsonun vəziyyəti yaxşıdır. İdmançı əlavə müayinədən keçiriləcək.

Alonso “Formula 1”də 17 mövsüm keçirib, “Minardi”, “Renault”, “McLaren” və “Ferrari” komandalarının formasını geyinib. O, iki dəfə - 2005 və 2006-cı illərdə çempion olub.

Qeyd edək ki, Fernando Alonso 2016-cı ildə Bakıda keçirilmiş Avropa Qran-prisinin səfiri olub. 

RƏY BİLDİRİN