BNA tıxacı belə aradan qaldırır

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə Nizami rayonu, Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılmış, nişanlanma işləri aparılıb.

Autoinfo.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Bildirilir ki, həmin işlərin nəticəsində:

- Kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb;

- Növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib;

- Nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.

RƏY BİLDİRİN