Azərbaycan Qran-prisinin ləğvi "Formula 1"ə ziyan vurdu

2020-ci ildə "Formula 1" üzrə Azərbaycan və Vyetnam Qran-prilərinin ləğvi yarışın kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkətinin gəlirlərini kəskin şəkildə azaldıb.

Autoinfo.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın "Caterham Cars" komandasının sabiq rəhbəri Manfredi Ravetto "Motorsport" nəşrinə açıqlamasında deyib.

Funksioner bildirib ki, 10 milyonlarla ABŞ dolları dəyərində olan Qran-prilərin baş tutmaması səbəbindən hazırda komandalar ağır durumdadırlar. O, mövcud vəziyyətin 2021-ci ildə daha da pisləşəcəyini proqnoz verib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il 4 - 6 iyunda keçirilməlidir. 

RƏY BİLDİRİN