Almaniyanın minik avtomobili istehsalçısı "Volkswagen" şirkətinə məxsus yük maşını istehsalçısı MAN şirkəti 2022-ci ilin sonuna qədər sosial hüquqları mümkün qədər qorunmaqla 3 500 işçisini ixtisar edəcək.
Autoinfo.az-ın əlumatına görə, buna səbəb şirkətin yenidən qurulmasıdır.
İxtisarlar MAN-in 1,7 milyard avro vəsaitə qənaət etməsinə imkan verəcək. Xatırladaq ki, bundan əvvəl şirkət əsasən Almaniya və Avstriya olmaqla müxtəlif ölkələrdəki 36 min olan işçisindən 9,5 minini və yaxud 26,4%-ni ixtisar etməyi planlaşdırırdı.