Koronavirusa görə daha bir təxirəsalma

ABŞ-ın Ostin şəhərində keçirilməli olan MotoGP mərhələsi koronavirusla əlaqədar təxirə salınıb.

Autoinfo.az-ın yarışın rəsmi saytına istinadən məlumatına görə, "Amerika trası" avtodromundakı yarış ən tezi 2021-ci ilin aprelində keçiriləcək.

Halbuki, bu mərhələ 2020-ci ilin aprelində təşkil olunmalı idi. Lakin sonradan yürüş noyabrın 15-nə keçirilmişdi.

RƏY BİLDİRİN