İtaliya Qran-prisi ləğv olundu

MotoGP üzrə İtaliya Qran-prisi ləğv edilib. 

Autoinfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. 29 - 31 mayda keçirilməsi planlaşdırılan və təxirə salınan yarış baş tutmayacaq. 

Qeyd edək ki, daha öncə koronavirusa görə Qətər, Almaniya, Niderland, Finlandiya, Böyük Britaniya və Avstraliyadakı yarışlar ləğv edilib. Tayland, ABŞ, İspaniya, Argentina və Fransadakı mərhələlər təxirə salınıb. 

RƏY BİLDİRİN