Rassel qalib oldu, Lekler qəzaya düşdü - VİDEO

"Williams" pilotu Corc Rassell "Formula 1" üzrə virtual Azərbaycan Qran-prisinin qalibi olub.

Autoinfo.az-ın məlumatına görə, britaniyalı sürücü poul-pozişndə birinci yeri tutduqdan sonra ardıcıl üçüncü dəfə inamlı qələbə qazanıb.

"Red Bull" pilotu Aleksander Albon ikinci, "Mercedes"dən Esteban Qutyerres üçüncü yeri tutub.

"Ferrari" pilotu Şarl Lekler isə bir neçə dəfə qəzaya düşüb və yekunda 14-cü olub. O, ilk belə hadisə ilə 2019-cu il Azərbaycan Qran-prisindəki kimi, eyni döngədə üzləşib. Monakolu sürücü komanda yoldaşı Entso Fittipaldi ilə toqquşub.

Virtual Azərbaycan Qran-prisinin yekunu:

1. Corc Rassell ("Williams")

2. Aleksander Albon ("Red Bull")

3. Esteban Qutyerres ("Mercedes")

4. Lando Norris ("McLaren")

5. Oskar Piastri ("Renault")

6. Pyetro Fittipaldi ("Haas")

7. Nikolas Latifi (""Williams")

8. Bencamin Deli ("McLaren")

9. Entoni Devidson ("Mercedes")

10. Cimmi Brodbent ("Racing Point")

RƏY BİLDİRİN