"MotoGP"də yeni müqavilə

"MotoGP"də çıxış edən "Suzuki" komandası Joan Mirlə müqaviləni uzadıb. 

AutoCity.az-ın Seriyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni sözləşmə müddəti iki illikdir. Daha əvvəl komanda Aleks Rinslə də anlaşıb. 

Joan Mir "MotoGP"də 2019-cu ildə debüt edib. 2018-ci ildə isə Mur "Moto3" çempionatının qalibi olub. Debütant ötən mövsüm ümumilikdə 10 dəfə finişə ilk "10-luq"da çatıb.  

RƏY BİLDİRİN