FIA səlahiyyətlərini artırdı

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Beynəlxalq İdman Kodeksinə daxil edilmiş dəyişiklikləri açıqlayıb.

AutoCity.az-ın məlumatına görə, indi FIA mövsümün gedişində mövcud əsasnamədə düzəlişlər etmək üçün bütün komandaların razılığını almalı olmayacaq. Bundan ötrü sadə çoxluq kifayət edəcək.

Kodeks dəyişikliyi koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədardır. Dəyişikliklərin köməyi ilə FIA-nın böhranın nəticələrini yumşaldacağı və gələcəkdə avtomobil idmanını qoruyacağı güman olunur. Bunlar qoruyucu düzəliş kimi dəyərləndirilib.

İndi 18.2.4 bəndində deyilir: Qaydalarda dəyişiklik bütün çempionat iştirakçılarının razılığı təqdirində mümkündür. Amma FIA çempionatın qorunması üçün dəyişikliklərin gərəkliyini hesab etsə, istisna hallarda iştirakçılarının çoxluğunun razılığı kifayət edəcək.

RƏY BİLDİRİN