"Dakar"ın yeganə qadın qalibi haqqında film

Stiven Spilberqin "Amblon Partners" şirkəti Yutta Klyaynşmidt barədə bioqrafik filmin çəkiliş hüququnu alıb.

AutoCity.az-ın məlumatına görə, almaniyalı xanım sürücü 2001-ci ildə avtomobillər sinfində "Dakar" rallisinin qalibi olub. O, belə nəticəyə nail olan yeganə qadındır.

Filmin prodüserliyini Devid Litç də edəcək. O, əvvəllər "Con Uik", "Dedpul", "Forsaj: Hobbs və Şou" kimi filmlər üzərində çalışıb.

RƏY BİLDİRİN