Ədalət Şükürov: "Yeni avtomobilim insanla danışır" - FOTOLAR - VİDEO

Müğənni Ədalət Şükürov özünə yeni avtomobil alıb. 

AutoCity.az xəbər verir ki, bu barədə Azərbaycanın əməkdar artistinin özü İTV-də yayımlanan "Fatehin divanı" verilişində açıqlama verib. 53 yaşlı incəsənət xadimi hər 5 ildən bir maşınını dəyişdiyini bildlrib: "Avtomobil yaxşı, rahat olmalıdır. Biz sənət adamlarıyıq. Görürsən, harasa tələsirsən. Hər bir insan avtomobilinin rahat olmasını istəyir. Avtomobilinin narahat olmasını istəyən adam görməmişəm. Ona görə də bizdə avtomobil bizdə satılmaqla, hər 5 ildən bir dəyişilir".

Şükürov hər bir avtomobili seçəndə yeniliklərinə nəzər yetirdiyini də vurğulayıb: "Məsələn, bu yaxınlarda dəyişdirdiyim avtomobil yeni nəsildir, insanla danışır. Bir çox avtomobildə olmayan elə şeylər var ki, bunda mövcuddur. Bunu mən bilirəm və nə vaxt istəsəniz, göstərə bilərəm. Özünüz də dediklərimə əmin ola bilərsiniz. Avtomobil yaxşı olmalıdır". 

Dağıstanın xalq artisti əlindəki maddi imkanlardan yararlanmağa üstünlük verdiyini söyləyib: "Adam var ki, imkanı çoxdur, amma heç vaxt xarici dövlətdə olmayıb. Eləsi də var ki, axırıncı puluna gedib hardasa dincəlir. Siz eşitməzsiniz ki, Ədalətin hansısa zavodu, fabriki, şirkəti var. Ailədə belə qərara gəlmişik ki, öz həyatımızı yaşayaq. Avtomobili, mebeli dəyişmək lazımdırsa, dəyişdirməliyik, paltardırsa, yaxşısı olmalıdır və s."

  • Ədalət Şükürov: "Yeni avtomobilim insanla danışır"- FOTOLAR - VİDEO
  • Ədalət Şükürov: "Yeni avtomobilim insanla danışır"- FOTOLAR - VİDEO
  • Ədalət Şükürov: "Yeni avtomobilim insanla danışır"- FOTOLAR - VİDEO

RƏY BİLDİRİN