MotoGP-nin startı yenə təxirə düşdü

ABŞ-ın Ostin şəhərində keçirilməli olan MotoGP üzrə Amerika Qran-prisi koronavirus epidemiyası ilə əlaqədar təxirə salınıb. 

AutoCity.az-ın məlumatına görə, bu barədə MotoGP motoyürüş seriyasının promouteri "Dorna" şirkətindən rəsmi açıqlama verilib. Bununla da yarışın startı üçüncü dəfə baş tutmayıb. Daha əvvəl Qətər Qran-prisi ləğv olunub və Tailand mərhələsi oktyabrın 4-nə keçirilib. Ostindəki yarış isə 3 - 5 aprelə planlaşdırılırdı. Beləliklə, MotoGP çempionatı 17 - 19 apreldə Argentina mərhələsi ilə başlamalı olacaq. 

ABŞ mərhələsi üçün isə alternativ tarix 13 - 15 noyabr müəyyənləşib. Bu, mövsümün sondan əvvəlki Qran-prisi olacaq. Sözügedən tarixdə İspaniyanın Valensiya şəhərində mövsümün son yarışı keçirilməli idi. Lakin bu Qran-pri 20 - 22 noyabra salınıb.   

RƏY BİLDİRİN