Motosikletçinin dopinq içdiyi təsdiqləndi - FOTO

İtaliya motoyürüşçüsü Andrea Yannonenin dopinq-testinin B nümunəsi də müsbət nəticə verib. 

AutoCity.az-ın GPUpdate nəşrinə istinadən verdiyi məlumata görə, 30 yaşlı idmançıdan dopinq-test 2019-cu ilin noyabrında Malayziya Qran-prisi zamanı götürülüb. Onun orqanizmində drostanolon izlərinin aşkarlandığı dekabrın 17-də açıqlanıb. Beynəlxalq Motosiklet Federasiyası onu diskvalifikasiya edib. 

Qeyd edək ki, Andrea Yannone ən böyük uğuruna 2015-2016-cı illərdə "Dukati" komandasının heyətində nail olub. O, həmin vaxt 1 qələbə qazanıb. Yannonenin ən yaxşı nəticəsi isə 2015-ci il mövsümündə 5-ci yer olub.  

  • Motosikletçinin dopinq içdiyi təsdiqləndi- FOTO

RƏY BİLDİRİN