"Dakar": Motoyürüşdə növbəti qalib

Botsvananı təmsil edən motoyürüşçü Ross Branç "Dakar" rallisinin ikinci xüsusi sahəsində ən yüksək nəticəni göstərib. 

AutoCity.az xəbər verir ki, 367 km-lik bölümdə ikinci yeri 1 dəqiqə 24 saniyə geri qalan britaniyalı Sem Sanderlend tutub. "3-lüy"ü Çilidən olan Pablo Kintanilya qapayıb. 

İlk xüsusi sahənin qalibi, avstraliyalı Tobi Prays isə qalibə 10 dəqiqədən çox uduzaraq, liderliyini itirib. 

"Dakar 2020". Motosikletçilər. İkinci xüsusi sahə

1. Ross Branç (KTM) - 3:39.10 
2. Sem Sanderlend (KTM) — +1.24 
3. Pablo Kintanilya ("Husqvarna") — +2.21 
4. Kevin Benavides ("Honda") — +3.40 
5. Lusiano Benavides (KTM) — +3.44 
6. Xoan Barreda Bort ("Honda") — +4.57

Ümumi hesab

1. Sem Sanderlend (KTM) — 7:05.22 
2. Pablo Kintanilya ("Husqvarna") — +1.18 
3. Kevin Benavides ("Honda") — +1.32 
4. Mattias Valkner (KTM) — +2.00 
5. Rikki Brabets ("Honda") — +4.11 
6. Ross Branç (KTM) — +4.19.

RƏY BİLDİRİN