Alonso kartinq yarışında medal qazandı - FOTOLAR

"Formula 1" üzrə ikiqat dünya çempionu və "Le Manın 24 saatı"nın ikiqat qalibi, WEC çempionu Fernando Alonso Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sutkalıq kartinq marafonunda iştirak edib.

AutoCity.az-ın "Grandprix247"yə istinadən verdiyi məlumata görə, ispaniyalı pilotla eyni ekipajda Pedro de la Rosa, Anxel Burquenyo və Alberto Albilaras da yer alıb. 

Təsnifat mərhələsinin yekununda Alonso birinci yeri tutsa da, komanda yoldaşları ilə yürüşdə üçüncü olub. Bununla belə, məhz ona və komandasına Millətlər Kuboku nəsib olub. O, üstəlik, yürüşün ən yaxşı dövrəsini vurub. 

Marafonda qələbəni yerli "Emirates Racing" komandası qazanıb. İkinci yeri "Bin Drai karting Team" tutub. Alonsonun komandası "FA Racing" ikinci yerdən 17 saniyə geri qalıb ki, bu da marafonda çox kiçik fərq sayılır. 

  • Alonso kartinq yarışında medal qazandı- FOTOLAR

RƏY BİLDİRİN