"MotoGP"nin son qalibi bilindi

Altıqat dünya çempionu Mark Markes MotoGP üzrə mövsümün həlledici İspaniya Qran-prisinin qalibi olub. 

AutoCity.az xəbər verir ki, "Repsol Honda Team" pilotunu"Petronas Yamaha SRT"dən Fabio Kuartarao və "Alma Pramac Racing"dən Cek Miller izləyib. 

"Monster Energy Yamaha" pilotu Valentino Rossi 8-ci, onun komanda yoldaşı Maverik Vinyales 6-cı olub. 

Qeyd edək ki, mövsümün qalibi adını Mark Markes, Konstruktorlar Kubokunu "Honda" qazanıb. Karyerasında sonuncu yürüşünü keçirən 3 qat dünya çempionu Xorxe Lorenso 13-cü yerlə kifayətlənib.

RƏY BİLDİRİN