MotoGP üzrə Malayziya Qran-prisi yekunlaşdı

MotoGP üzrə Malayziya Qran-prisi yekunlaşıb.

AutoCity.az xəbər verir ki, Sepanq halqasında keçirilən Qran-prinin qalibi Yamahanın pilotu Maverik Vinyales olub. Rəqiblərini ilk dövrədəcə qabaqlayaraq lider olan pilot, yarışı inamla qazanıb. Finiş zamanı Vinyales ikinci gedən Mark Markesdən 3 saniyə öndə olub. İlk üçlüyü Ducatinin pilotu Andrea Dovitsiotso tamamlayıb.

MotoGP

Malayziya Qran-prisi

TOP-10

1. Maverik Vinyales - (Yamaha) – 20 dövrə

2. Mark Markes (Honda) +3,059

3. Аndrea Dovitsiotso (Ducati) +5,611

4. Valentino Rossi (Yamaha) +5,965

5. Aleks Rins (Suzuki) +6,350

6. Franko Morbidelli (Yamaha SRT) +9,993

7. Fabio Kuartararo (Yamaha SRT) +12,864

8. Cek Miller (Pramac Ducati») +17,252

9. Danilo Petruççi (Ducati) +19,773

10. Xoan Mir (Suzuki) +22,854

RƏY BİLDİRİN