MotoGP çərçivəsində keçirilən yarışda pilot vəfat etdi

"MotoGP" üzrə Malayziya Qran-prisi zamanı keçirilən "Asia Talent Cup" yarışında faciə yaşanıb.

AutoCity.az xəbər verir ki, indoneziyalı pilot Afridza Munandar yarış zamanı qəzada vəfat edib.

İlk dövrədə üç pilotun iştirakı ilə baş vermiş qəzadan sonra vəziyyəti ağır olan Munandarı helikopterlə xəstəxanaya çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq pilot vəfat edib.

İndoneziyalı pilot yarışın əsas favoritlərindən biri idi. Beş mərhələdən sonra ümumi turnir cədvəlində 3-cü olan Munandar ümumilikdə 2 qələbə qazana bilmişdi.

RƏY BİLDİRİN