Valentino Rossi üçün əlamətdar Qran-pri

"MotoGP" üzrə Avstraliya Qran-prisi Yamahanın pilotu Valentino Rossi üçün əlamətdar olub.

AutoCity.az xəbər verir ki, Avstraliya Qran-pri Rossi üçün bütün siniflər nəzarə alınaraq 400-cü Qran-prisi olub.

Rossi karyerasına 1996-cı ildə "125ss" sinifində başlayıb. 24 mövsüm ərzində 9 çempionluq titulu əldə edən Rossinin həmçinin 115 qələbəsi var.

"MotoGP"də "Honda", "Yamaha" və "Ducati"də çıxış edib.

Qeyd edək ki, Valentino Rossi tarixdə "125ss", "250ss", "500ss" və "MotoGP" üzrə çempion olan yeganə pilotdur.

RƏY BİLDİRİN