Avstraliya Qran-prisinin qalibi bilindi

Melburn şəhərində keçirilən "Formula 1" üzrə Avstraliya Qran-prisinə yekun vurulub.

Autoinfo.az-ın məlumatına görə, "Albert Park" trasında baş tutan mövsümün üçüncü mərhələsinin qalibi "Ferrari" pilotu Şarl Lekler olub. Monakolu sürücü cari mövsümdə ikinci qələbəsini qazanıb.

"Red Bull"un meksikalı pilotu Serxio Peres ikinci, "Mercedes"in britaniyalı pilotu Corc Rassel isə üçüncü yeri tutub.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.

RƏY BİLDİRİN