Avstraliya Qran-prisi: Sıralama turunun qalibi bilindi

Melburn şəhərində keçirilən "Formula 1" üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi bəlli olub.

Autoinfo.az-ın məlumatına görə, "Ferrari" komandasının pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayıb.

"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Mercesdes"də çıxış edən yeddiqat dünya çempionu Lüis Hemilton isə beşinci yerlə kifayətlənib.

Stüardlar ikinci seqmentdə Peresin hərəkətlərini nəzərdən keçirəcəklər. O, sarı bayraqlar altında sürəti kifayət qədər azaltmayıb.

Qeyd edək ki, Avstraliya Qran-prisinin əsas yarışı aprelin 10-da gerçəkləşəcək.10 - 12 iyunda isə Azərbaycan Qran-prisi keçiriləcək.

RƏY BİLDİRİN