Avstraliya Qran-prisi: Sərbəst yürüşlərin qalibləri bilindi

Avstraliyanın Melburn şəhərində keçirilən "Formula 1" Qran-prisində sərbəst yürüşlər başa çatıb.

Autoinfo.az-ın məlumatına görə, "McLaren" komandasının sürücüsü Lando Norris son yürüşdə bütün rəqiblərini qabaqlayıb. "Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncü olub. Yeddiqat dünya çempionu Lüis Hemilton 8-ci yerlə kifayətlənib.

Birinci sərbəst yürüşdə "Ferrari"dən Karlos Sayns, ikinci yarışda isə onun komanda yoldaşı Lekler finişə birinci çatıb.

Qeyd edək ki, bu gün Avstraliya Qran-prisində sıralama turu olacaq. Əsas yarış isə aprelin 10-da gerçəkləşəcək.

10 - 12 iyunda isə Azərbaycan Qran-prisi keçiriləcək.

RƏY BİLDİRİN