"Formula 1"də yeni müqavilə

"Formula 1" İtaliyadakı İmola trasında keçirilən Emiliya-Romanya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

Autoinfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2025-ci ilədək nəzərdə tutulub.

Emiliya-Romanya Qran-prisi 2020-ci ildə dünya çempionatının təqviminə qayıdıb. Ötən il təqvimindəki yerini qoruyan İmola trası bu il yarışın dördüncü mərhələsinə (22 - 24 aprel) ev sahibliyi edəcək.

Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

RƏY BİLDİRİN