Cəlilabadda ölüm qəzası

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Autoinfo.az xəbər verir ki, rayonun Zəhmətabad kəndində idarəetmədən çıxan "QAZ-69" markalı yük maşını aşıb. Nəticədə sürücü, Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1990-cı il təvəllüdlü Sadəddin Tağıyev isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (APA).

RƏY BİLDİRİN