Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Autoinfo.az "Göyçayın səsi" İnformasiya Agentliyi xəbər verir ki, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb. BMW markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb.
Hadisə zamanı Bəydövül kənd sakinləri olan 6 nəfər xəsarət alıb. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların adları hələ ki, məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.