İlk qolunu vurub "Lamborghini" aldı

İspaniyanın "Barselona" klubunun futbolçusu Frantsisko Trinkao "Lamborghini Huracan EVO" idman avtomobilini alıb.

Autoinfo.az xəbər verir, avtomobili satan "JM Automocion" bu barədə instaqramda məlumat yayıb.

Maşının qiyməti minimum 250 min avrodan başlayır. Satıcı 22 yaşlı yarımmüdafiəçiyə təşəkkür edib və avtomobildən zövq almasını arzulayıb.

Qeyd edək ki, Frantsisko Trinkao fevralın 7-də La Liqanın XXII turunda "Betis"lə görüşdə qələbə qolunu vurub - 3:2. Bu, oyunçunun Kataloniya təmsilçisinin əsas komandasında ilk qoludur.

RƏY BİLDİRİN