"Dakar" rallisində 75-ci ölüm

"Dakar" rallisinin 7-ci mərhələsində qəzaya düşən fransalı motosikletçi Pyer Şarpin dünyasını dəyişib.

Autoinfo.az "NTV Spor"a istinadən xəbər verir ki, 5 gün komada qalan pilotun həyatını xilas etmək mümkün olmayıb.

Yarışın qalibi Şarpinin həmyerlisi Stefan Peteransel olub.

Qeyd edək ki, 1979-cu ildən bəri "Dakar" rallisində ümumilikdə 75 idmançı ölüb.

RƏY BİLDİRİN