"Ferrari" pilotu koronavirusa yoluxdu

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Şarl Lekler koronavirusa yoluxub. 

Autoinfo.az-ın məlumatına görə, monakolu pilot evində təcrid olunub. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. 

Ötən mövsüm "Formula 1" pilotlarından Serxio Peres, Lens Stroll və Lüis Hemilton, keçən həftə isə Lando Norris COVID-19-a yoluxub. 

Avstraliya və Çin mərhələləri koronavirus pandemiyası ilə əlaqədar təxirə salındığı üçün 2021-ci il dünya çempionatı 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.

RƏY BİLDİRİN