Çin Qran-prisi təxirə salınır

"Formula 1" üzrə Çin Qran-prisinin 2021-ci ilin ikinci yarısına keçirilməsi üçün sorğu göndərilib. 

Autoinfo.az-ın məlumatına görə, bu barədə yarışın keçirilməsinə cavabdeh olan "Juss Event" şirkətinin baş meneceri İbin Yan açıqlama verib. O, "Formula 1" rəhbərliyi ilə daimi əlaqədə olduqlarını bildirib: "Təsdiqlənmiş təqvimə rəğmən, Şanxaydakı Çin-Qran-prisinin apreldə təşkili ehtimalı azdır. Biz bu mərhələni mövsümün ikinci yarısına keçirmək istəyirik və artıq müvafiq sorğunu göndərmişik". 

Çin Qran-prisi 9 - 11 aprelə nəzərdə tutulmuşdu. 

Daha əvvəl xəbərlər yayılıb ki, "Formula 1" mövsümün startını təxirə sala və 21 martda keçirilməsi nəzərdə tutulan Avstraliya Qran-prisi başqa vaxta ertələyə bilər. 

RƏY BİLDİRİN