Hemilton ilin idmançısı seçildi

Fransanın "L Equipe" nəşri 2020-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb. 

Autoinfo.az-ın məlumatına görə, ən yaxşı idmançı adına "Mercedes" pilotu Lüis Hemilton layiq görülüb. Britaniyalı sürücü bu il "Formula 1" üzrə 7 qat dünya çempionluğunu rəsmiləşdirərək, Mixael Şumaxerin rekordunu təkrarlayıb.

Norveçli Marte Olsbü-Royselann ən yaxşı qadın idmançı seçilib. 30 yaşlı biatlonçu dünya çempionatında 7 medal qazanıb. Medallardan 5-i qızıl, 2-si bürünc əyarlı olub.  

RƏY BİLDİRİN