Fettelin dəbilqəsi 225 min avroya satıldı

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Sebastian Fettelin Türkiyə və Bəhreyndəki yarışdakı dəbilqəsi 225 min avroya satılıb.

Autoinfo.az "Autosport"a istinadən xəbər verir ki, əldə olunan gəlir Uqanda və Toqodakı iki xeyriyyə təşkilatı arasında bərabər bölünəcək və uşaqlar üçün təhsil sahəsinə yönəldiləcək.

Qeyd edək ki, Sebastian Fettel Abu Dabi Qran-prisində sonuncu dəfə "Ferrari" komandasında çıxış edib. O, növbəti mövsümdən "Aston Martin" komandasının şərəfini qoruyacaq.

RƏY BİLDİRİN