"Mercedes" Hemiltonla yeni müqavilə bağlayır

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla yeni müqavilə imzalayacaq.

Autoinfo.az komandanın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, bununla bağlı paylaşımda britaniyalı sürücünün sözlərinə yer verilib.

Hemilton növbəti ildə də "Mercedes"də olmağı planlaşdırdığını söyləyib: "İnanıram ki, komanda ilə "Formula 1"də, həm də digər məsələlərdə daha çox şey etməliyik".

Qeyd edək ki, "Mercedes" Lüis Hemiltonla yeni müqavilə imzalamasa da, 2021 mövsümü üçün pilotların ilkin siyahısına onun da adını daxil edib. Pilot 2020 mövsümünün qalibi olub və 7-ci dünya çempionluğunu əldə edib.

RƏY BİLDİRİN