Son poulu Ferstappen qazandı

"Red Bull" pilotu Maks Ferstappen "Formula 1" üzrə mövsümün sonuncu - 17-ci Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

Autoinfo.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən yarışda hollandiyalı sürücü ən yaxşı dövrəsini 1 dəqiqə 35,246 saniyəyə başa vurub. İkinci yeri "Mercedes" pilotu Valtteri Bottas (1:35.271), onun komanda yoldaşı Lüis Hemilton (1:35.332) üçüncü yeri tutub.

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək yarış Bakı vaxtı ilə saat 17:10-da başlanacaq.

RƏY BİLDİRİN