Zəngilanda yol qəzası: Ölən var

Zəngilan rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Autoinfo.az-a verilən məlumata görə, 2 dekabr saat 12 radələrində rayon ərazisində İmişli sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib. 

Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RƏY BİLDİRİN