Bakı - Quba yolunda qəza

Bakı - Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Autoinfo.az xəbər verir ki, hadisə yolun 15-ci km-də qeydə alınıb.

90-GD-426 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Hüseynzadə Hüseyn Füzuli oğlu idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da maşına ciddi ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib ("Report").

RƏY BİLDİRİN