Qubada avtomobil qadını vuraraq öldürdü

Quba rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə Auutoinfo.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Noyabrın 20-də saat 19 radələrində Quba rayonunun II Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RƏY BİLDİRİN