Yeni nəsil uçan avtomobil sınaqdan keçirildi

Slovakiyada “Klein Vision” şirkəti tərəfindən hazırlanan yeni nəsil uçan avtomobilin uçuş sınaqları baş tutub.

Autoinfo.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, avtomobil bu həftə Pyeştyanı hava limanında bir neçə yüz metr yüksəklikdə iki uçuş həyata keçirib.

Modeli hazırlayan professor Şyefan Klyaynın sözlərinə görə, əsas uçuş parametrləri aerokarın hazırlanmasının əsaslandığı bütün nəzəri konsepsiya və hesablamaları təsdiqləyib.

“AirCar V5” üç dəqiqədən az müddətdə yol nəqliyyat vasitəsindən uçan aparata çevrilir. Onun özəlliyi açılıb-yığılan qanadların olmasıdır.

İki nəfərlik modelin çəkisi 1 100 kiloqramdır və 200 kiloqrama qədər əlavə yük daşıya bilər. Avtomobil 1,6 litrlik BMW mühərriki ilə təchiz olunub, 140 at gücünə malikdir, təxmin edilən uçuş məsafəsi 1 000 kilometrdir, uçuş zamanı yanacaq sərfiyyatı 18 litr/saatdır. Uçuş sürəti saatda təxminən 200 kilometrdir.

RƏY BİLDİRİN