“Toyota” yanacaq elementli avtomobil istehsalını 10 dəfə artıracaq

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota Motor” yanacaq elementli avtomobil istehsalını 10 dəfə artırmaq niyyətindədir.

Autoinfo.az “Yomiuri” qəzetinə istinadən xəbər verir ki, bu cür avtomobillər illik istehsal həcmini 3 mindən 30 minədək artıra biləcək.

Avtokonsern bu sahədəki istehsalı avtobuslar kimi kommersiya nəqliyyat vasitələri hesabına artırmağı planlaşdırır.

“Toyota” yanacaq elementli ilk kütləvi avtomobil istehsalını 2014-cü ildə həyata keçirib.

RƏY BİLDİRİN