"Formula 1"in qalibi məlum oldu

İtaliyanın İmola şəhərində "Formula 1" üzrə Emiliyi-Romanyi Qran-prisi keçirilib. 

Autoinfo.az-ın məlumatına görə, yarışın qalibi adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yer onun komanda yoldaşı Valtteri Bottasa qismət olub. "Renault"dan Daniel Rikkardo isə üçüncü pillə ilə kifayətlənib. Ümumilikdə 20 pilotdan 15-i finişə çata bilib. 

Bu nəticədən sonra "Mercedes" sona 4 mərhələ qalmış 479 xalla Konstruktorlar Kubokunun qalibi adını qazanıb. İkinci yerdə 226 xalla "Red Bull" qərarlaşıb. "Renault" isə 135 xalla üçüncüdür. 

Pilotların mübarizəsində isə Lüis Hemilton 282 xalla 1-ci, Valtteri Bottas 197 xalla 2-cidir. 3-cü pillədə isə 162 xalla "Red Bull" pilotu Maks Ferstappen qərarlaşıb.     

RƏY BİLDİRİN