"Formula 1"də 9 yeni yoluxma

Ötən həftə ərzində "Formula 1"də koronavirus infeksiyasına 9 yoluxma halı aşkarlanıb. 

Autoinfo.az-ın Beynəlxalq Avtomobil İdmanı Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 23 - 29 oktyabrda ümumilikdə 4 281 test aparılıb. Yoluxanların adları açıqlanmır. 

Qeyd edək ki, bu gün İtaliyanın İmola trasında San-Marino Qran-prisi start götürəcək. Bu trasda "Formula 1" pilotları 2006-cı ildən sonra ilk dəfə yarışacaqlar. Qran-prinin qalibi oktyabrın 1-də müəyyənləşəcək.  

RƏY BİLDİRİN