Lerikdə maşın dərəyə yuvarlandı: 3 ölü

Lerikdə baş verən qəzada ölən və yaralananların adları məlum olub.

Autoinfo.az-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı UAZ markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib (APA).

RƏY BİLDİRİN