"Formula 1" komandası iki pilotu ilə vidalaşır

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası iki pilotu ilə yollarını ayrır.

Autoinfo.az-ın yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Kevin Maqnussen və Romen Qrojan cari mövsümünün sonunda "Haas"ı tərk edəcək.

Onların hansı komandaya gedəcəkləri hələ bəlli deyil.

Qeyd edək ki, Romen Qrojan 2016-cı ildən, Kevin Maqnussen isə 2017-ci ildən "Haas"da çıxış edir.

RƏY BİLDİRİN