Kamran Əliyevə yeni vəzifə verildi

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevə yeni vəzifə verilib.

Autoinfo.az xəbər verir ki, o, BDYPİ-nin rəis müavini vəzifəsinə təyin olunub.

K.Əliyev eyni zamanda BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəisi vəzifəsini də daşıyacaq.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyulunda koronavirusdan vəfat edib.

RƏY BİLDİRİN