"Formula 1"də yeni rekod

"Alfa Romeo" pilotu Kimi Raykkonen "Formula 1"də keçirdiyi Qran-pri sayında rekord müəyyənləşdirib.

Autoinfo.az-ın məlumatına görə, hazırda davam edən Ayfel Qran-prisi 40 yaşlı sürücü üçün karyerasında 323-cü yarış olub. Bununla da finlandiyalı pilot tarixdə ən yüksək göstəriciyə imza atıb.

Qeyd edək ki, əvvəlki rekord braziliyalı Rubens Barrikelloya məxsus olub - 322 Qran-pri.

RƏY BİLDİRİN