Bottas Hemiltondan üstün oldu

"Mercedes" pilotu Valtteri Bottas Almaniyanın Nürburqrinq trasında keçirilən Ayfel Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

Autoinfo.az-ın məlumatına görə, ikinci yeri onun komanda yoldaşı və çempionatın lideri Lüis Hemilton tutub. "Red Bull" pilotu Maks Ferstappen isə üçüncü nəticəni göstərib.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Ayfel Qran-prisi Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

RƏY BİLDİRİN