Yevlaxda avtomobil aşdı: 5 yaralı

Yevlax rayonunda minik avtomobilinin aşması nəticəsində 5 nəfər yaralanıb.

Autoinfo.az-ın məlumatına görə, hadisə Aran qəsəbəsi yaxınlığından keçən avtomagistralda baş verib. İdarəetmədən çıxan minik avtomobili aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar – 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlkin Rəhimov, 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Rizvan Vəliyev, 1996-cı il təvəllüdlü Tərtər rayon sakini Mahir Hüseynli, 1994-cü il təvəllüdlü Tərtər rayon sakini Nahid Zülqədərli və 1989-cu il təvəllüdlü Tərtər rayon sakini Nahid Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

RƏY BİLDİRİN