Almaniya Qran-prisinin startı təxirə salındı

"Formula 1" üzrə Almaniyada keçirilən Ayfel Qran-prisinin ilk sınaq yürüşü təxirə salınıb.

Autoinfo.az-ın məlumatına görə, buna hava şəraiti səbəb olub. Nürburqrinq trasının üzərində sıx duman yaranıb, tibbi helikopterin havaya qalxa bilməməsi səbəbindən sessiyanın başlanması yarım saat təxirə salınıb.

Bakı vaxtı ilə saat 13:00-a təyin edilən test yürüşü şərtlər dəyişməsə, ləğv edilə bilər.

Qeyd edək ki, Ayfel Qran-prisinə oktyabrın 11-də yekun vurulacaq.

RƏY BİLDİRİN